ABŞ-ın vitse-prezidenti Roma Papası ilə Türkiyənin İznik şəhərinə gedəcək
Dünya
196
19:00, Bu gün

ABŞ-ın vitse-prezidenti Roma Papası ilə Türkiyənin İznik şəhərinə gedəcək

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Roma Papası XIV Leonu Türkiyənin İznik şəhərinə səfərində müşayiət edəcək.

Moderator.az xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat yayıb.

Məlumata görə, Papa və ABŞ-ın vitse-prezidenti Türkiyənin İznik şəhərində Birinci Nikeya Şurasının toplanmasının 1700-cü ildönümünü qeyd edəcəklər.

Onlar İznik gölündə batmış qədim xristian memarlığının qalıqlarını ziyarət edəcəklər.

Qeyd edək ki, Roma Papası XIV Leonun 27–30 noyabr tarixlərində Türkiyədə səfərdə olacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər