Moldova
Dünya
197
18:30, Bu gün

Moldova "LUKOIL"un aktivlərinin bir hissəsini satın alacaq

Moldova hökuməti Rusiyanın sanksiyalara məruz qalmış "LUKOIL" şirkətindən Kişineu hava limanında fasiləsiz işi təmin etmək üçün yanacaq anbarlarını satın alacaq.

Moderator.az xəbər verir ki, bu barədə Moldovanın energetika naziri Dorin Junqietu "Facebook" hesabında bildirib.

"Hökumətin İnvestisiya Şurası dövlətin şirkətin infrastrukturunu və resurslarını nəzarətə götürə bilməsi üçün "LUKOIL"dan hava limanındakı yanacaq anbarının satin alınması təklifini irəli sürüb. Bu sövdələşmə üçün son müddət 17 noyabrdır, nəzərə alsaq ki, noyabrın 21-dən etibarən "LUKOIL" Moldovanın ABŞ sanksiyalarına qoşulması səbəbindən fəaliyyətini davam etdirmək imkanını itirəcək", - deyə nazir yazıb.

Onun sözlərinə görə, hökumət "LUKOIL"un milli təhlükəsizlik meyarlarına görə hava limanındakı aktivlərini başqa bir şirkətə satmaq təklifini rədd edib.

Moldova hökumətinin məlumatına görə, ölkədə fəaliyyət göstərən 570 yanacaqdoldurma stansiyasından təxminən 110-u Rusiya şirkətinə məxsusdur. "LUKOIL - Moldova" törəmə şirkəti neft məhsullarının idxalçısı və topdan satıcısıdır. Şirkətin şəxsi mülkiyyətində həmçinin Kişineu hava limanının infrastrukturunun bir hissəsi də var.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər