22:20
13°C
Bakı
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosinin Konqresdən getmək qərarını müsbət qarşılayıb.
Moderator.az xəbər verir ki, Tramp bununla bağlı özünün “Truth Social” hesabında paylaşım edib.
“Məni iki dəfə impiçment edən, uduzmuş qoca Nensi Pelosi çıxıb gedir. O, qeyri-qanuni olaraq səhm bazarında var-dövlət əldə edib, Amerika cəmiyyətini parçalayıb və bu, ölkə üçün fəlakət olub”, - Tramp bildirib.
Qeyd edək ki, ABŞ Konqresində 40 ilə yaxın San-Fransiskonu təmsil edən Nensi Pelosi mandatının sonunda Konqresdəki vəzifəsinə davam etmək istəmədiyini bəyan edib.