Kasım-Jomart Tokayev:
Dünya
200
15:40, Bu gün

Kasım-Jomart Tokayev: "Tramp ABŞ-yə Tanrı tərəfindən göndərilib" - VİDEO

"Prezident Donald Tramp Birləşmiş Ştatlara Tanrı tərəfindən göndərilmiş böyük dövlət xadimidir".

Moderator.az "AKIPress"ə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib.

Qazaxıstan lideri ABŞ-də prezident seçkisində Trampın qələbəsindən düz bir il keçdiyini xatırladıb.

"Mən əminəm ki, siz böyük dövlət xadimisiniz, sağlam düşüncəni və bizim üçün qiymətli olan ənənəvi dəyərləri ABŞ-nin daxili və xarici siyasətinə qaytarmaq üçün Tanrı tərəfindən göndərilmisiniz", - deyə o bildirib.

Tokayev əlavə edib ki, ABŞ liderinin siyasətini bütün dünyada dəstəkləyirlər.

Xatırladaq ki, noyabrın 6-da Vaşinqtonda "Mərkəzi Asiya + ABŞ" (C5+1) sammiti keçirilib. Sammit çərçivəsində Qazaxıstan və ABŞ 17 milyard dollarlıq investisiya müqavilələri imzalayıblar.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər