“Qlobal ticarətdə şirkətlərin bütün qanuni maraqlarına hörmət edilməlidir. Pozuntular qəbuledilməz və zərərlidir”.
Moderator.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Lukoil" ətrafındakı vəziyyəti şərh edərkən bildirib.
O, "Lukoil" kimi Rusiya şirkəti də daxil olmaqla, böyük beynəlxalq şirkətin bütün qanuni maraqlarına beynəlxalq ticarət və iqtisadi münasibətlər baxımından hörmət edilməli olduğunu inandıqlarını söyləyib: “Bu sahədəki pozuntular qəbuledilməzdir və qlobal ticarət rejiminə zərər verir. “Lukoil” qlobal bazarda çox böyük oyunçudur. Lakin digər tərəfdən, bu məsələnin Kremli dəxli yoxdur. Axı bu, daha çox beynəlxalq hüquq baxımından ticarət münasibətlərinə və qanunsuz ticarət məhdudiyyətlərinə aiddir", - deyə Kremlin sözçüsü qeyd edib.
Bu proseslə Ukrayna üzrə danışıqlar arasında əlaqənin olub-olmadığı sualına isə Peskov bu məsələlərin bir-birinə aid olmadığını söyləyib. "Bunlar tamamilə fərqli ölçülərdir", - deyə o izah edib.