Süni intellekt xərçəngi əvvəldən proqnozlaşdırmağı öyrəndi
Dünya
244
06 Nov 2025 | 23:50

Süni intellekt xərçəngi əvvəldən proqnozlaşdırmağı öyrəndi

Amerikalı tədqiqatçılar döş xərçənginin erkən əlamətlərini müəyyən edə bilən Clairity Breast adlı süni intellekt aləti hazırlayıblar.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, sistem mammoqrafiya nəticələrini analiz edərək onkoloji proseslərin ilkin əlamətlərini aşkar edir.

Mütəxəssislərin sözlərinə görə, bu alət insan gözünün görə bilmədiyi döş toxumasındakı mikroskopik dəyişiklikləri müəyyən edə bilir və pasiyentə qabaqlayıcı tədbirlər haqqında dərhal tövsiyələr təqdim edir.

ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) artıq texnologiyanın istifadəsinə rəsmi icazə verib. Yaxın vaxtlarda sistem ABŞ klinikalarında test rejimində tətbiq olunacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər