Britaniya kralının qardaşı
Dünya
205
06 Nov 2025 | 22:40

Britaniya kralının qardaşı "şahzadə" titulundan məhrum edilib

Böyük Britaniyada Kral III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor, amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal səbəbilə rəsmi olaraq "şahzadə" titulundan məhrum edilib.

Moderator.az xəbər verir ki, bu barədə rəsmi hökumət nəşri olan "The Gazette"də bildiriş dərc edilib.

Məlumata görə Kral III Çarlz noyabrın 3-də Endryu Mauntbatten-Vindzorun artıq "kral əlahəzrətləri" rəsmi titulunu və üslubunu, eləcə də "şahzadə" titulunu daşımaq və ya istifadə etmək hüququna malik olmadığını elan edib.

Qeyd edək ki, 2019-cu ildə şahzadə Endryu Epşteyn məsələsi ilə bağlı qalmaqala görə rəsmi olaraq bütün vəzifələrindən istefa verməyə məcbur olub. Bu, amerikalı qadın Virciniya Cuffrenin ona qarşı iddialarla çıxış etməsindən və 17 yaşında cinsi əlaqəyə girməyə məcbur edildiyi bir neçə kişi arasında olduğunu iddia etməsindən sonra baş verib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər