ABŞ və Çin rüsumlar məsələsində qarşılıqlı güzəştə gediblər
Dünya
302
06 Nov 2025 | 22:00

ABŞ və Çin rüsumlar məsələsində qarşılıqlı güzəştə gediblər

Vaşinqton ABŞ Prezidenti Donald Trampın Çin Sədri Şi Cinpinlə danışıqlarının nəticələri üzrə bu ölkə mallarına qarşı artırılmış cavab rüsumlarının tətbiqini bir il müddətinə - 10 noyabr 2026-cı il tarixinədək təxirə salıb.

Moderator.az xəbər verir ki, bu barədə məlumat Trampın Federal Reyestrdə yerləşdirilmiş bəyanatında yer alıb.

Bəyanatda qeyd olunub ki, ABŞ və Çin rəhbərləri iqtisadi və ticari münasibətlər üzrə tarixi razılaşma əldə ediblər:

"Bu razılaşma çərçivəsində Çin nadir torpaq elementləri və digər kritik vacib faydalı qazıntıların ixracına nəzarət üzrə mövcud və təklif olunan məcburi tədbirləri təxirə salmağa və faktiki olaraq onlardan imtina etməyə, həmçinin ABŞ-nin yarımkeçirici istehsalçılarına və yarımkeçirici tədarükü zəncirlərinə cəlb olunmuş digər iri şirkətlərə qarşı müqavimət problemini həll etməyə razı olub".

Həmçinin sənəddən məlum olur ki, Çin 31 dekabr 2026-cı il tarixinə qədər ABŞ kənd təsərrüfatı məhsullarına qarşı rüsumların tətbiqini dayandırmağı və ABŞ-dən idxal olunan mallara qarşı rüsumların qüvvəyə minməsinin təxirə salınmasını 10 noyabr 2026-cı il tarixinə qədər uzatmağı öhdəsinə götürüb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər