Beş jurnalistin ölkədən çıxışına qadağa qoyuldu - FOTO
Dünya
394
06 Nov 2025 | 21:50

Beş jurnalistin ölkədən çıxışına qadağa qoyuldu - FOTO

İstanbul Respublika Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı apardığı təhqiqat çərçivəsində ifadələri alınan jurnalistlər - Soner Yalçın, Yavuz Oğhan, Şaban Sevinç, Batuhan Çolak və Ruşen Çakırın ölkədən çıxışlarına qadağa qoyulub.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Haber Global" telekanalı yayıb.

Bildirilir ki, jurnalistlərə məhkəmə nəzarəti tədbiri tətbiq olunub və onlar sərbəst buraxılıblar.

Qeyd edək ki, sözügedən jurnalistlər "İmamoğlu işi" ilə bağlı saxlanaraq ifadələri alınmışdı.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər