Rusiyada neonasizm dalğası:
Dünya
269
21:43, Bu gün

Rusiyada neonasizm dalğası: "Bayram" günü qətlə cəhdlər və zorakı ideologiyanın yüksəlişi

"Bu, ideoloji motivli yeni zorakılıq mərhələsidir..."

Qətl və "bayrama hədiyyə": Neonasistlər 4 noyabrı seçdi

"Новая газета Европа" nəşrinin yazdığına görə, Moskvanın Veşnyaki rayonunda 4 noyabr - Rusiyada "Xalqlar birliyi günü"  kimi qeyd edilən gün neonasist simvolika daşıyan bir qrup gənc tərəfindən qətl hadisəsi törədildiyi iddia olunur. 

Hadisə barədə ilk məlumat yerli ictimai səhifədə yayılıb. Neonasist qruplaşma öz qapalı "Telegram" kanalında videonu paylaşaraq məsuliyyəti üzərinə götürdüyünü bildirir və bunu "aksiyanın bayrama həsr olunması" ilə əsaslandırır.

Daha sonra Rusiya Daxili İşlər Nazirliyi məlumatı rədd edərək "qətl yox, yeniyetmələr arasında məişət münaqişəsi" olduğunu açıqlayıb. Araşdırma aparılsa da, rəsmi qurumlar hər hansı həbs barədə məlumat verməyib. Müstəqil monitorinq qrupları isə bildirir ki, neonasist kanallar bəzən adi məhəllə olaylarını öz adına yazaraq "təşviqat və yeni tərəfdar toplamaq" üçün istifadə edir.

Əvvəlki qətllər və yeni hücumlar

Qətlin məsuliyyətini üzərinə götürən həmin təşkilat bundan əvvəl, oktyabrın 18-də daha qəddar bir hadisəni də "öz işi" kimi təqdim edib. Sosial şəbəkələrdə yayılan videoda qurban güllələnir, daha sonra gözləri çıxarılır, başı kəsilir və quyunun içinə atılır. İddialara görə, səbəb kişinin 15 yaşlı yeniyetmə ilə yazışması olub. Videonun həqiqiliyi hələ də tam təsdiqlənməyib.

Son aylarda müxtəlif şəhərlərdə neonasist motivli hücumlar artır: Sankt-Peterburqda yeniyetmə taksi sürücüsünün başına atəş açıb, Saratovda bir gənc müsəlman qadına bıçaqla hücum edib, eyni gün başqa bir neonasist bir gənci döyərək öldürüb. Nəşr bildirir ki, təkcə 2025-ci ilin avqustunda 49 ultrasağ zorakılığı epizodu qeydə alınıb, oktyabrda isə 75 hücum videosu toplanıb.

Sosial şəbəkələr vasitəsilə radikallaşma

Hüquq müdafiəçiləri vəziyyətin daha təhlükəli olmasına səbəb kimi qapalı "Telegram" kanallarını göstərirlər. Bu kanallarda hücum videoları paylaşılır, təlimatlar və ideoloji manifestlər yayımlanır, yeniyetmələrin radikallaşdırılması aparılır.

Aktivistlər xəbərdarlıq edir: zorakılığa çağırış materialları "şöhrət qazanmaq" məqsədi ilə hazırlanır və yeni hücumlar üçün motivasiya yaradır. Ekslertlərə görə, təhlükə ondadır ki, radikallaşma prosesinin auditoriyası getdikcə cavanlaşır - iştirakçıların böyük hissəsi yeniyetmə və gənclərdir.

Rusiyada neonasist ideologiyasının "gizli onlayn milisə" çevrilməsi artıq tək-tək insidentlər deyil, sistemli zorakılıq dalğasıdır. Rəsmilər qətlləri və hücumları çox vaxt "məişət münaqişəsi" kimi təqdim etsə də, müstəqil monitorinq və ekspertlər bunun ideoloji motivli, təşkilatlanmış zorakılıq olduğunu bildirir. Əsas narahatlıq isə budur: ekstremizm artıq küçələrdə deyil, yeniyetmələrin cibində - telefonlarında təşkilatlanır.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər