Dünya
381
06 Nov 2025 | 20:57

"Gürcüstanda siyasi gərginlik: Prokurorluq Sааkaşvili də daxil olmaqla 8 müxalifətçiyə cinayət işi açdı" - "Euronews"

"Hakimiyyət onları "dövlətə qarşı cinayətlərdə" ittiham edir..."

Müxalifətə qarşı yeni cinayət işi: Sааkaşvili də siyahıdadır

"Euronews" nəşrinin məlimatına görə, Gürcüstan Baş Prokurorluğu səkkiz tanınmış müxalifət siyasətçisinə qarşı cinayət işi qaldırıb. Siyahıda eks-prezident Mixail Sааkaşvili, habelə müxtəlif müxalif partiya liderləri var. Bunlar Georgi Vaşadze, Nika Gvaramiya, Nikanor Melia, Zurab Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzedir.

Baş prokuror Georgi Qvarakidzenin sözlərinə görə, iş Gürcüstan Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin birgə araşdırması əsasında açılıb. Saaakaşvili artıq əvvəlki hökmlər üzrə 12,5 il həbs cəzası alıb. Digər müxalifətçilərin bir hissəsi əvvəlki ittihamlarla həbsdədir, bəziləri isə yaxın zamanda əfv olunub.

İttihamlar: "dövlətə qarşı fəaliyyət", "sabotaj" və "zorakı çağırışlar"

Prokurorluğun açıqlamasına əsasən, müxalifətçilərə belə ittihamlar irəli sürülüb: xarici dövlətin maraqlarına xidmət etmək, konstitusiya quruluşunu dəyişmək üçün çağırışlar, Gürcüstanın milli təhlükəsizliyinə qarşı fəaliyyət üçün maliyyələşdirmə, radikal etiraz aksiyalarını təşkil etmək.

İttiham aktında iddia edilir ki, müxalifət nümayəndələri "xarici dövlətlərə Gürcüstanın neft idxalı və hərbi sektorla bağlı məlumat ötürüblər", eləcə də Gürcüstan hava məkanının "İran dronlarının Rusiyaya daşınması üçün istifadə olunması barədə yalan məlumat yayıblar".

Saaakaşviliyə ayrıca ittiham irəli sürülüb - "tərəfdarlarını qanunsuz və zorakı addımlara çağırmaq". Müxalifət ittihamları siyasi təzyiq və hakimiyyətin revanşı kimi qiymətləndirir.

 "Çıxış yolu yoxdur - demokratiya geriyə dönür"

Bu hadisələr fonunda Avropa Komissiyası noyabrın 4-də 2025-ci il üzrə genişlənmə hesabatını yayıb. Sənəddə Gürcüstanda vəziyyət "kəskin şəkildə pisləşən demokratik mühit" kimi təsvir olunur. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas açıq mesaj verib: "Mövcud kurs davam edərsə, Gürcüstanın Avropa İttifaqına aparan yolu yoxdur".

Gürcüstan Xarici İşlər Nazirliyi isə cavabında bildirib ki, hesabat "siyasi təhriflər" üçün istifadə olunur və ölkə Aİ ilə razılaşmalara sadiqdir. Baş nazir İrakli Kabaxidze isə baş verənləri "xaricdən yönləndirilən xüsusi əməliyyat" adlandırır və müxalifətin hakimiyyəti devirməyə çalışdığını deyir.

Gürcüstanın siyasi kursu sürətlə dəyişir. Avropa İttifaqı demokratiyanın gerilədiyini deyir, hökumət isə bunu "suverenlik üçün mübarizə" kimi təqdim edir. Müxalifətə qarşı cinayət işləri isə ölkənin Aİ-yə inteqrasiya yolunda əsas sualı gündəmə gətirir: Gürcüstan Avropaya doğru gedir, yoxsa ondan uzaqlaşır?

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər