Rutte Trampı tənqid etməyi unutdu - Zaxarova
Dünya
271
20:00, Bu gün

Rutte Trampı tənqid etməyi unutdu - Zaxarova

Moskvanı Pekinlə əməkdaşlıqda qınayan NATO baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampı ABŞ-Çin sammiti ilə bağlı tənqid etməyi unudub.

Moderator.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“NATO üzvü olan ölkələrdən heç biri, o cümlədən Ruttenin özü Çinlə əməkdaşlığı dayandırmaq niyyətində deyil. Bir neçə gün əvvəl ABŞ-Çin sammiti keçirildi, amma Rutte Trampı buna görə tənqid etmədi.

Rusiya, Çin və digər böyük qlobal güclər həmişə beynəlxalq hüquqa sadiq olduqlarını bəyan ediblər. NATO öz aqressiv hərəkətləri və qeyri-qanuni koalisiyaları ilə dəfələrlə bu qanunu pozub: saxta bəhanələrlə İraqın işğalı, Yuqoslaviyanın bombalanması və s.”, - diplomat əlavə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər