Çexiya hökuməti istefa verdi
Dünya
264
17:20, Bu gün

Çexiya hökuməti istefa verdi

Çexiyanın Baş naziri Petr Fialanın rəhbərlik etdiyi hökumət istefa verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "ČTK" agentliyi məlumat yayıb.
 
"Nazirlik Kabineti istefa vermək qərarına gəlib. Mən istefa ərizəsini bu gün ölkə prezidentinə təqdim edəcəyəm", - deyə Fiala bildirib.
 
Nazirlər Kabineti son parlament seçkilərinin yekunlarına görə istefaya getməli olub. Hökumət dövlət başçısının yeni kabinet təyin olunana qədər fəaliyyət göstərməsi barədə göstəriş verməsini gözləyir.
 
Parlament seçkilərində müxalif qüvvələr - "Narazı vətəndaşların hərəkatı", "Azadlıq və birbaşa demokratiya" və "Avtomobilçilər" qələbə qazanıblar. Noyabrın 3-də həmin qüvvələr hökumət koalisiyasının yaradılması barədə razılığa gəliblər.
 
Yeni yaradılacaq Nazirlər Kabinetinin dekabrın ortalarından gec olmayaraq fəaliyyətə başlayacağı gözlənilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər