Sünikin sabiq qubernatoru Vaqe Akopyan axtarışa verilib
Dünya
209
16:10, Bu gün

Sünikin sabiq qubernatoru Vaqe Akopyan axtarışa verilib

"Hayastan" blokundan keçmiş deputat, Sünikin sabiq qubernatoru, vaxtilə Dirçələn Ermənistan Partiyasına rəhbərlik etmiş Vaqe Akopyan axtarışa verilib.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla yayıb.
 
Akopyanın hansı cinayətdə ittiham olunduğu hələlik bəlli deyil. Yalnız bu məlumdur ki, hələ 2021-ci ildə ona qarşı mənimsəmə faktı ilə bağlı cinayət işi açılıb. 2022-ci ilin noyabrında Akopyan deputat mandatından imtina edib. Üstəlik, onun qardaşı, "Xalis dəmir" zavodunun direktoru Karen Akopyan və Zəngəzur mis-molibden kombinatının (MMK) baş direktorunun müavini Narek Ambaryan iqtisadi cinayətlər ittihamı ilə keçən ilin sentyabrında həbs ediliblər.
 
Vaqe Akopyan 2016-2018-ci illərdə Sünik vilayətinin qubernatoru olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər