Özünü heç kimlə müqayisə etmə
Dünya
230
05 Nov 2025 | 23:15

Özünü heç kimlə müqayisə etmə" - Bill Qeytsin 70 yaşında həyatdan çıxardığı dərs

"Uğur başqaları ilə yarışmaqda deyil, öz potensialını kəşf etməkdədir..."

"Microsoft"-un doğulduğu gün: bir ideyaya inanmaq

Rusiya KİV-lərinin yazdığına görə, oktyabrın 28-də Bill Qeyts 70 yaşını qeyd edib. Dünyanın kompüterləşməsi ilə bağlı böyük dəyişikliklərin bir çoxu onun qərarlarından başlayıb. Qeyts 13 yaşında məktəbdə ilk proqramını yazıb, sonra isə dostu Pol Allenlə birlikdə öz balaca ideyalarını şirkətə çevirib, adı "Microsoft" olub.

Onlar sadəcə proqram yazmaqla kifayətlənməyib, dünyaya yeni düşüncə gətiriblər: "Hər evdə bir kompüter olacaq". Bu, o dövr üçün qeyri-mümkün görünürdü. Ancaq əvvəlcə IBM ilə əməkdaşlıq, sonra "Windows"-un yaradılması "Microsoft"-u dünyanın ən böyük proqram təminatı şirkətinə çevirdi. 31 yaşında Qeyts artıq ən gənc milyardçı olub.

Qeytsin liderlik fəlsəfəsi: uğur süst insanları sevmir

Bill Qeyts illərlə işə fanatik yanaşıb, hər kod sətirini şəxsən yoxlayıb. Sonra isə öyrənib ki, "Özünü başqa insanlarla müqayisə etmək ilk növbədə özünə hörmətsizlikdir".

Onun liderlikdən çıxardığı əsas dərslər qısa şəkildə belədir:

- Oxu və öyrən. O, hər gün saatlarla kitab oxuyur və ideyalar toplayır.

- Yalnız qalmaqdan qorxma. Qeyts "fikirləşmə fasilələri keçirib - hər şeyi söndürüb ideyalar üzərində düşünüb.

- 2/10 qaydası. Biz 2 ilə nə olacaqsa, onu şişirdirik, 10 ilə nə dəyişəcəyini isə heç qiymətləndirmirik.

- Özünə qarşı sərt olmaq. O, əvvəlcə özünü də, başqalarını da çox sıxıb, indi isə balansın vacibliyini deyir.

- Avtomatlaşdırmadan əvvəl düzəlt. :Pis prosesi avtomatlaşdırmaq xaosu sürətləndirməkdir".

- Hazır olanı öyrən. Problemi yenidən kəşf etmə, həll edənlərin təcrübəsini götür.

- Cəsarətli məqsəd qoy. Qeyts deyir: "Ən böyük hədəfi qoy, sonra ona gedən yolu tap".

Qeytsin öz sözləri ilə desək: "Zövq aldığın işi görsən, həyatda bir gün belə işləməyəcəksən".

Filantropluq və miras: uğurun son hədəfi nədir?

Qeyts bu gün milyardları xeyriyyəçiliyə sərf edir - aclıqla mübarizə, səhiyyə, təhsilin inkişafı. O, əmlakının əksər hissəsini xeyriyyə fonduna bağışlayacağını bəyan edib. Ən məşhur iqtibaslarından biri isə onun həyat manifestidir: "Biz həmişə yaxın iki ili şişirdirik və növbəti on ili kiçildirik".

Bu yalnız biznesə aid deyil, həyata aiddir. Qeytsin əsas mesajı budur: Uğur hədəf deyil, prosesdir. Öyrən, yarat, paylaş. Bill Qeytsin hekayəsi göstərir ki, böyük ideya üçün fövqəladə başlanğıc lazım deyil. Lazım olan tək şey öyrənmək, cəsarət və davamlılıqdır. Və ən əsası: Özünü heç kimlə müqayisə etmə. Bu, hədəflərini yox, səni zəiflədir.

Moderator.az

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər