Sərxoş kişi ictimai tədbir zamanı Meksika prezidentini öpməyə çalışıb
Dünya
150
05 Nov 2025 | 23:00

Sərxoş kişi ictimai tədbir zamanı Meksika prezidentini öpməyə çalışıb

Meksikada ictimai tədbir zamanı içkili bir kişi Prezident Klaudiya Şeyinbauma arxadan yaxınlaşaraq onu boynundan öpməyə cəhd edib.

Moderator.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, hadisə Şeyinbaumun paytaxt küçələrində vətəndaşlarla ünsiyyət qurduğu zaman baş verib.

Prezidentin mühafizəçiləri və köməkçiləri dərhal müdaxilə edərək həmin şəxsi dövlət başçısından uzaqlaşdırıblar.

Məlumata görə, Klaudiya Şeyinbaum insident zamanı sakitliyini qoruyub və kişiyə "narahat olma" deyib.

Hadisədən təxminən beş saat sonra polis Uriel N. adlı şəxsi seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilərək saxlayıb.

Prokurorluq həmin şəxsə qarşı rəsmi ittiham irəli sürülməsi üçün tələb göndərəcək.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər