Çox sayda əməliyyat keçirən qadın ölü tapıldı
Dünya
131
22:10, Bu gün

Çox sayda əməliyyat keçirən qadın ölü tapıldı

Çox sayda plastik əməliyyatdan sonra "Barbi gəlinciyi" kimi tanınan braziliyalı bloqer Barbara Yankavski vəfat edib.

Moderator.az-ın məlumatına görə, bu barədə "Daily Star" xəbər verir.

Qeyd olunub ki, hadisə noyabrın 2-də Braziliyanın San-Paulu şəhərində yerləşən taunhausda baş verib.

Polis onun ölümünü "şübhəli" kimi təsnif edib. Hazırda hüquq-mühafizə orqanları meyitin yarılmasının nəticələrini gözləyir. Yerli KİV-in məlumatına görə, Yankavskinin gözündə zədə və kürəyində əziklər olub, yatmazdan əvvəl qadında öskürək tutması baş verib.

Vəkil olan 51 yaşlı ev sahibi polisə "Barbi gəlinciyi" ilə günü keçirdiyini və onu intim xidmətlər üçün tutduğunu bildirib. Vəkil bloqerlə birlikdə narkotik qəbul etdiyini və sonra onun televizora baxarkən yanında yuxuya getdiyini bildirib.

Vəkilin həmin gün daha əvvəl orada olan və Yankavskinin ölümündən əvvəl evi tərk edən rəfiqəsi polisə bildirib ki, Barbara səhər tezdən yıxılaraq gözünü zədələyib.

Qeyd edək ki, Barbara Yankavski həyatı boyunca 27 plastik əməliyyat keçirib. O bunlara 42 min funt sterlinq xərcləyib. Sosial şəbəkələrdə populyarlıq qazandıqdan sonra o, televiziya proqramlarında və reklam kampaniyalarında iştirak edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər