Suriya Prezidenti COP30 Liderlər Zirvəsinə qatılacaq
Dünya
213
21:00, Bu gün

Suriya Prezidenti COP30 Liderlər Zirvəsinə qatılacaq

Suriya Prezidenti Əhməd əş-Şaraa Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində təşkil olunacaq COP30 Liderlər Zirvəsinə qatılacaq.

Moderator.az xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SANA məlumat yayıb.

Məlumata görə, bu məqsədlə o, sabah Braziliyaya gedəcək.

"Prezident Əhməd Şaraa dünyanın müxtəlif ölkələrindən onlarla lider və dövlət başçısının iştirakı ilə keçiriləcək görüşlərə qatılmaq üçün 6-7 noyabrda Braziliyaya rəsmi səfər edəcək", - məlumatda qeyd olunub.

Bunun Suriyadan prezident səviyyəsində Zirvədə ilk iştirak olacağı bildirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər