00:56
14°C
Bakı
Sudanın Babanus şəhəri yaxınlığında hərbi-nəqliyyat təyyarəsi qəzaya düşüb.
Moderator.az Sudan Tribune qəzetinə istinadən xəbər verir ki, qəzanın səbəbi texniki nasazlıq olub. Təyyarə yük daşıma missiyasını başa vurduqdan sonra hava gəmisinin sağ qanadında qəfil nasazlıq yaranıb.
Nəticədə hava gəmisi idarəetməni itirərək alışıb və yerə çırpılıb. Qəza nəticəsində bütün ekipaj üzvləri həlak olub. Hadisə ilə bağlı araşdırma aparılır.