Almaniya əfqan miqrantları pulla öz vətənlərinə qaytarmaq istəyir
Dünya
240
19:40, Bu gün

Almaniya əfqan miqrantları pulla öz vətənlərinə qaytarmaq istəyir

Almaniya Daxili İşlər Nazirliyi (DİN) əfqanıstanlı miqrantları müəyyən məbləğ qarşılığında öz vətənlərinə yollamaq niyyətindədir. Bu məqsədlə o, əfqanlara müvafiq təkliflə elektron məktublar göndərməyə başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə noyabrın 5-də "Tagesschau" yazıb.

"Təqribən gecəyarısı Almaniyanın artıq bizi qəbul etmək istəmədiyinə dair məktub aldıq. Təklifə razılaşacağımız təqdirdə bizə kompensasiya təklif olunurdu", - deyə miqrantlardan biri nəşrə bildirib.

Bununla da Almaniya hökuməti öz vətənlərində təqib oluna biləcək əfqanların qəbulu proqramlarını məhdudlaşdırmaq qərarına gəlib.

Federal hökumətin təklifini düşünmələri üçün immiqrantlara noyabrın 17-dək vaxt verilib. Müxtəlif hesablamalara görə, 600-700 nəfər elektron məktub alıb. Onların arasında vətəndaş cəmiyyətinin nümayəndələri, məsələn, qadın hüquqlarını müdafiə edənlər, keçmiş məmurlar, hərbçilər və onların ailələri var.

Bildirilir ki, Almaniya DİN-dən gələn təklifdə müavinətin ödənilməsi, Əfqanıstana qayıtdıqdan sonra dolanışığa yardım nəzərdə tutulur.

Amma Almaniyada qalmaq qərarına gələnlərin taleyinin necə olacağı barədə məlumat verilmir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər