Dünya
262
19:20, Bu gün

"Prezident Zelenski "Tomahawk"ların verilməsini tələb edir" - "Euronews"

"CEPA nəşri Avropanı Ukraynanın raket sənayesinə sərmayəyə çağırır..."

Zelenskidən açıq çağırış

Brüsseldə keçirilən konfrans zamanı cəbhədən video bağlantı ilə çıxış edən Ukrayna prezidenti Vladimir Zelenski bir daha bildirib ki, Ukrayna Rusiyanı cilovlamaq üçün uzaqmənzilli zərbə imkanlarına, o cümlədən "Tomahawk" tipli qanadlı raketlərə ehtiyac duyur. Bu barədə "euronews.com" nəşri məlumat yayıb.

Zelenskinin sözlərinə görə, bu cür silahlar təkcə taktiki istifadə üçün deyil, həm də Rusiya üçün ciddi çəkindirici amil rolunu oynaya bilər. Zelenski həmçinin qeyd edib ki, Ukrayna yalnız raketlərlə kifayətlənməməli, ümumilikdə hava hücumundan müdafiə sistemləri, daxili silah istehsalının maliyyələşdirilməsi və digər sahələrdə davamlı dəstək almalıdır.

Prezidentin fikrincə, ABŞ-ın və konkret olaraq prezident Donald Trampın bu məsələdə açıq mövqe sərgiləməsi Rusiyaya qarşı həlledici təzyiq yaradacaq. Eyni zamanda o, sanksiyaların da vacibliyini vurğulayıb. "Euronews"-da yayılan çıxışda Zelenski'nin çağırışı diqqətə layiq olub - ABŞ hələ ki, bu raketlərin verilməsinə tələsmir, amma mövqedə dəyişiklik ehtimalı qalır.

"Tomahawk" olmadan da yol var

CEPA analitiklərinin qənaətinə görə, "Tomahawk"ların Ukraynaya verilməsi müəyyən taktiki üstünlüklər yaradar, lakin bu addım müharibənin nəticəsini təkbaşına həll etməz. Təhlildə əsas diqqət Ukraynanın raket sənayesinin gücləndirilməsinə yönəldilir: hazırda Avropa tərəfdaşlarının bu sahəyə birbaşa investisiya qoyması uzunmüddətli baxımdan daha faydalı görünür.

CEPA vurğulayır ki, ABŞ-dan gələcək köməyin dəyəri və logistikasını nəzərə alanda həmin məbləğin bir hissəsini Ukraynanın öz istehsal qabiliyyətinin artırılmasına yönəltmək daha məqsədəuyğundur. Bu məqamdan çıxış edərək təşkilat sual verir - Ukraynanın hədəflərinə çatmaq üçün mütləq "Tomahawk" lazımdırmı, yoxsa artıq mövcud və ya inkişaf etdirilə bilən yerli və Avropa sistemləri eyni vəzifəni yerinə yetirə bilər?

Ukraynanın cavabı: daxili imkanları genişləndirmək

Son iki ildə Ukrayna öz raket sənayesini sürətlə inkişaf etdirib və Qərbə olan asılılığını azaltmağa çalışır. Təhlillərdə göstərilir ki, məsafəsi 3000 km, döyüş başlığı 1150 kq olan "Flamingo" kimi layihələr artıq ortaya çıxmaqdadir və bunlar strateji hədəflərə çatmaqda əhəmiyyətli rol oynaya bilər. Eyni zamanda Ukrayna və onun müttəfiqləri "Storm Shadow" kimi qərb sistemlərindən istifadə edərək müəyyən əməliyyat nümunələri göstərib.

Bu reallıqdan çıxış edərək qərarvericilər üçün məntiqli yol aydın olur: əgər ABŞ "Tomahawk"ları dərhal təqdim etmirsə, Avropa və ABŞ-ın birgə maliyyələşdirməsi ilə Ukraynanın raket sənayesinə sərmayə qoymaq həm taktiki, həm də strateji baxımdan daha effektli nəticələr verə bilər.

Moderator.az

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər