21:09
15°C
Bakı
MHP lideri Devlet Bahçelinin Selahattin Demirtaşla bağlı "Onun azadlığa çıxması faydalı olardı" açıqlaması Türkiyə siyasətində ciddi müzakirələrə səbəb olub.
Moderator.az "Türkiye" qəzetinə istinadən xəbər verir ki, uzun müddətdir həbsdə olan HDP-nin keçmiş sədri ilə bağlı bu gözlənilməz çıxış siyasi dairələrdə geniş rezonans doğurub.
Avropa İnsan Haqları Məhkəməsinin Demirtaşla bağlı qərarını yekunlaşdırması onun azadlığa buraxılması ilə bağlı gözləntiləri daha da gücləndirib.
Məsələyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib: "Bu mövzuda məhkəmə nə qərar verərsə, ona əməl edəcəyik. Məsələ hüquqi əsaslarla qiymətini alacaq".