Luvr muzeyində videomüşahidə sistemi "Louvre" parolu ilə qorunurmuş və köhnəlmiş "Windows 2000" əməliyyat sistemində çalışırmış.
Moderator.az xəbər verir ki, bu barədə "Liberation" nəşri yazıb.
Fransanın mədəniyyət naziri Raşida Dati soyğundan dərhal sonra bildirib ki, muzeyin təhlükəsizlik sistemi nasaz olmayıb. Lakin on gün sonra onun tonu dəyişib. O, hökumət qarşısında çıxışında deyib ki, siqnalizasiya işləyib, lakin təhlükəsizlik sistemində həqiqətən də çatışmazlıqlar olub. Nazir təhlükəsizlik sistemindəki boşluqların yoxlanılması və aradan qaldırılması üçün təcili tədbirlər görüləcəyini bildirib.
"La Parisien"in yazdığına görə, saxlanılan iki nəfər dindirilmə zamanı gözlənilməz bəyanatlar verib. Onlardan biri iddia edib ki, Luvru qarət etdiyini bilmirmiş. Onun sözlərinə görə, şüşə piramidanın yanındakı muzeyə soxulduğunu düşünürmüş. Digəri isə elə bilib ki, qapısı bağlı adi binaya soxulur.
Fransa polisi soyğunu sifariş edənlər barədə bütün ehtimalları araşdırmağa davam edir.
Daha əvvəl Paris prokuroru bəyan edib ki, muzeyi peşəkarlar deyil, paytaxtın problemli rayonlarından olan xırda "həvəskar" cinayətkarlar qarət ediblər.