Ermənistanın korrupsiyaya qarşı mübarizə məhkəməsi sabiq prezident Serj Sarqsyana qarşı həbs qətimkan qərarında dəyişiklik edilməsi ilə bağlı prokurorluğun vəsatətini rədd edib.
Prokurorluğun vəsatətini müzakirə etmək üçün bu gün fövqəladə məhkəmə iclası təyin olunub.
İddia edilirdi ki, prokurorluq sabiq prezidentin Ermənistanı tərk etmək niyyətində olduğunu göstərən əməliyyat məlumatı əldə edib.
Məhkəmə bugünkü iclasda keçmiş Ermənistan liderinin zaminə buraxılma tələbini bir daha qüvvədə saxlayıb.
Sarqsyan prokurorluğun onun ölkəni tərk etmək niyyətində olması ilə bağlı yaydığı məlumatdan təəccübləndiyini bildirib:
"Mən qaçan birinə oxşayıram?! Məhkəmənin mənə ölüm hökmü çıxarmaq niyyətində olduğunu bilsəm belə, bu ölkəni tərk etməyəcəyəm".
Xatırladaq ki, Ermənistanda Sarqsyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, torpaq sahələrinin qanunsuz mənimsənilməsi, rüşvətxorluğa köməklik göstərməklə bağlı bir neçə cinayət işi açılıb.