Bizi sosial şəbəkələrdən izləyin:
Noyabrın 7-də Yer kürəsində G1 səviyyəli maqnit qasırğası gözlənilir.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyası Sibir şöbəsinin Günəş-Yer Fizikası İnstitutu məlumatına yayıb.
Mütəxəssislər hadisənin baş vermə ehtimalını 61% olaraq qiymətləndirirlər.
Alimlər noyabr ayı üçün maqnit qasırğalarının proqnozunu dərc ediblər: G1 səviyyəli geomaqnit qasırğaları cəmi üç dəfə: 7, 25 və 26 noyabrda gözlənilir. Ayın qalan günlərində Günəş aktivliyi aşağı olaraq qalacaq.