Ukrayna
Dünya
373
00:39, Bu gün

Ukrayna "Çelsi"nin satışından əldə edilən gəlirin az hissəsini alacaq

Ukrayna İngiltərə futbol klubu "Çelsi"nin satışından əldə edilən bütün gəliri ala bilməyəcək.

Moderator.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Məlumata görə, vəsaitin böyük hissəsi klubun keçmiş sahibi, iş adamı Roman Abramoviçin borclarını ödəmək üçün istifadə olunacaq.

Bildirilir ki, Ukrayna 2,35 milyard funt sterlinqin yalnız bir hissəsini ala bilər ki, bu da 922,9 milyon funt sterlinq təşkil edir. Futbol klubunun satışından əldə edilən xalis gəlir məhz bu qədərdir. Qalan vəsait Abramoviçin şirkətləri ilə bağlı kreditlərin (1,54 milyard funt sterlinq) ödənilməsinə yönəldiləcək.

Xatırladaq ki, sanksiyalar səbəbindən Abramoviç 2022-ci ildə "Çelsi"ni satmaq məcburiyyətində qalıb. Klubun satışından əldə edilən gəlir dondurulub və Abramoviçin nəzarətində olan "Fordstam" şirkətinin bank hesabındadır.

Link kopyalandı!
Son xəbərlər