Türkiyədə böyük qızıl yatağı kəşf edildi
Dünya
331
00:09, Bu gün

Türkiyədə böyük qızıl yatağı kəşf edildi

Sivasın (Türkiyə) Kanqal rayonundakı Alacahan kəndi yaxınlığında kəşfiyyat işləri zamanı təxminən 424 min unsiya qızıl ehtiyatına malik yataq kəşf edilib.

Moderator.az xəbər verir ki, "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, artıq 45 hektarlıq ərazidə 360 qazma əməliyyatı həyata keçirib və 96649 metr qazma işi başa çatdırılıb.

Təhlillər beynəlxalq səviyyədə tanınmış "Bureau Veritas" Ankara laboratoriyası tərəfindən aparılıb.

Hesablamalara görə, hazırda qızılın unsiyasının orta hesabla 4000 dollara satıldığını nəzərə alsaq, kəşf edilmiş ehtiyatın təxmini dəyəri 1,7 milyard dollardır.

Link kopyalandı!
Son xəbərlər