İraqdakı iranpərəst qrupların nə zaman tərksilah ediləcəyi açıqlandı
Dünya
456
04 Nov 2025 | 23:30

İraqdakı iranpərəst qrupların nə zaman tərksilah ediləcəyi açıqlandı

"ABŞ qoşunları 2026-cı ilə qədər İraqdan çıxdıqdan sonra Bağdad iranpərəst qrupları tərksilah edəcək".

Moderator.az "Azad İran"a istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Məhəmməd Siya əs-Sudani bəyan edib.

O bildirib ki, Bağdad ölkədəki bütün silahlı qruplar üzərində dövlət nəzarəti qurmağı planlaşdırır. Lakin xarici qoşunlar, xüsusən də ABŞ qoşunları İraqdan çıxarılmadan bu mümkün olmayacaq, çünki bəzi qruplar onları "işğalçı" hesab edirlər.

"Qoşunlar çıxarıldıqdan sonra, təbii ki, dövlət strukturlarından kənarda olan bütün silahlı birləşmələrin məhv edilməsi ilə bağlı aydın proqram həyata keçiriləcək. Bu, bütün qrupların tələbidir", - deyə o əlavə edib.

Baş nazir yaraqlıların silahı yerə qoyduqdan sonra ya rəsmi təhlükəsizlik orqanlarına qoşula, ya da siyasətə girə biləcəklərini vurğulayıb. O, İraqda təhlükəsizliyin sabitləşdiyini və beynəlxalq koalisiyanın mövcudluğunun artıq əsassız olduğunu bildirib. "Hizbullah"a gəlincə, əs-Sudaninin fikrincə, İraqdakı vəziyyət Livandan fərqlidir və hökumət qeyri-qanuni silahlı qrupların tərksilah edilməsi üçün çərçivəni nəzərdən keçirir.

Link kopyalandı!
Son xəbərlər