21:49
13°C
Bakı
Şimali Koreya sentyabrdan indiyədək Rusiyaya təxminən 5 000 tikinti işçisi göndərib.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın parlament üzvü Li Seonq Kveun ölkənin kəşfiyyat xidmətinə istinad edən məlumat verib.
Onun sözlərinə görə, tikinti işçiləri infrastrukturun bərpasına kömək etmək məqsədilə göndərilib.
Deputat əlavə edib ki, hazırda 10 000-ə qədər şimali koreyalı hərbçi Rusiyanın xeyrinə müharibədə iştirak edir, Şimali Koreya hazırda Rusiyaya əlavə hərbi qüvvələr göndərmək üçün hazırlıqlar görür.
Qeyd edək ki, bundan əvvəl Rusiya rəsmiləri ordu sıralarında Şimali Koreyadan olan hərbçilərin Ukrayna müharibəsində döyüşdüyünü etiraf edib.