Xəzər dənizinin Qazaxıstan sahillərində 112 ölü suiti tapılıb
Dünya
382
09:02, Bu gün

Xəzər dənizinin Qazaxıstan sahillərində 112 ölü suiti tapılıb

Qazaxıstanın Manqistau vilayətinin ekologiya departamenti Xəzər dənizinin sahilində 112 ölü suiti aşkar edib.
 
Moderator.az xəbər verir ki, bu barədə departamentin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Tüpqarağan rayonu ərazisində, Asan yaşayış məntəqəsindən Bautino burnuna qədər olan sahil zolağında aparılan monitorinq zamanı Xəzər suitilərinin cəsədləri tapılıb. Hadisənin səbəblərini müəyyənləşdirmək məqsədilə dəniz suyundan nümunələr götürülüb.
 
Qeyd edək ki, Xəzərdə suitilərin kütləvi şəkildə tələf olması ilk dəfə deyil. 2024-cü ildə baş verən oxşar halların səbəbi kimi quş qripinin yüksək patogen növü, neyrovirus infeksiyası və ya dəniz dibindən çıxan təbii qaz nəticəsində boğulma göstərilmişdi.
 
2022–2023-cü illərdə isə suitilərin ölümü məməlilərin vəba xəstəliyi və kəskin pnevmoniya ilə əlaqələndirilmişdi.
Link kopyalandı!
Son xəbərlər