Türkiyə-Ermənistan sərhədinin açılması müzakirə olunmur
Dünya
761
03 Nov 2025 | 18:55

Türkiyə-Ermənistan sərhədinin açılması müzakirə olunmur

"Hazırda Türkiyə-Ermənistan sərhədinin açılması müzakirə olunmur".

Moderator.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına Türkiyədəki diplomatik mənbələrdən məlumat daxil olub.

Bildirilir ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün danışıqlar prosesi davam edir.

"Hazırda konkret olaraq sərhədin açılmasından yox, münasibətlərin normallaşdırılmasından danışırıq. Sərhədlərin açılması prosesin gedişindən asılı olacaq. Hələlik bununla bağlı konkret müddət yoxdur", - xəbərdə bildirilir.

Link kopyalandı!
Son xəbərlər