01:24
11°C
Bakı
Türkiyənin Konya bölgəsinin Hadim rayonunda dəhşətli anlar yaşanıb. 13 şagirdi daşıyan məktəb avtobusu idarəetmədən çıxaraq dərəyə aşıb.
Moderator.az-ın DHA-ya istinadən verdiyi məlumata görə, hadisə yerinə çoxsaylı tibbi və jandarma qrupları göndərilib.
Xilasetmə qrupları tərəfindən dərədən 13 yaralı şagird və avtobus sürücüsü çıxarılaraq təcili Hadim Dövlət Xəstəxanasına aparılıb.
Qəza ilə bağlı araşdırma başlanılıb.