İrandan şok nüvə bəyanatı: Pezeşkianın bu açıqlaması nəyə hesablanıb?
Dünya
1558
12:45, Bu gün

İrandan şok nüvə bəyanatı: Pezeşkianın bu açıqlaması nəyə hesablanıb?

ABŞ və İsrailin hava zərbələri nəticəsində zədələnmiş nüvə obyektləri yenidən qurulacaq və onların imkanları əvvəlkindən də geniş olacaq. Bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib. “Biz bu binaları yenidən tikəcəyik və onların gücü daha böyük olacaq”, - o bildirib. İran Prezidentinin bu bəyanatı yeni hərbi balans formalaşdırır. 
 
Bu bəyanat İranla Qərb arasında nüvə danışıqlarına necə təsir göstərə bilər? Tehran bu addımla hansı siyasi mesajı verməyə çalışır?
“Müasir İnkişaf” İctimai Birliyinin sədri, siysi şərhçi Mübariz Göyüşlü Moderator.az-a açıqlamasında bildirib ki, İranın bu addımı öz nüvə gücünü bərpa etməyə yönəlmiş prosesin davamıdır:
 
“Təbii ki, bu vəziyyət digər dövlətlər tərəfindən mənfi qarşılanacaq. Amma İran hakimiyyəti, xüsusilə də oradakı mühafizəkar qüvvələr baxımından bu, tamamilə normal haldır. İran nüvə enerjisini əldə etmək istiqamətində fəaliyyətini davam etdirir. Bu isə, şübhəsiz, Qərblə danışıqlara mənfi təsir göstərə bilər, çünki Qərb ölkələri – xüsusən də ABŞ – İranın nüvə potensialını genişləndirməsinə qarşıdır”.
 
Ekspertin fikrincə, Qərb ölkələri İranın nüvə silahı hazırlaya bilmə ehtimalından narahatdır və bu, etimadın zəifləməsinə, münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər:
 
“Tehran bu addımı ilə “ayaqda” olduğunun, Qərbin təzyiqlərinə boyun əymədiyinin mesajını verir. Əslində, bu bəyanat həm də gizli şəkildə xəbərdarlıq xarakteri daşıyır – yəni əgər ona qarşı hərbi təzyiq və ya hücum olarsa, İran nüvə silahı yaratmaq imkanına sahib olduğunu göstərmək istəyir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər