Bizi sosial şəbəkələrdən izləyin:
Hindistanın cənubunda, Telanqanada ştatında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 24 nəfər həlak olub, 18 nəfər xəsarət alıb.
Moderator.az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti yazıb.
Ştatın paytaxtı Heydərabada gedən avtobusun içində təxminən 70 sərnişin olub. Çınqıl daşıyan yük avtobusa elə zərblə çırpılıb ki, yükün bir hissəsi nəqliyyat vasitəsinin üzərinə tökülərək sərnişinləri bloklayıb.
Qəza yerinə xilasetmə xidmətləri cəlb edilib. İnsanları çıxarmaq üçün ekskavatorlardan istifadə ediblər.
İlkin məlumata görə, yol-nəqliyyat hadisəsinə yük maşınının sürücüsünün sürət həddini aşması və idarəetməni itirməsi səbəb olub.