Hindistan ən ağır hərbi rabitə peykini kosmosa çıxardı
Dünya
471
02 Nov 2025 | 23:29

Hindistan ən ağır hərbi rabitə peykini kosmosa çıxardı

Hindistan 4.4 tonluq GSAT-7R rabitə peykini geostasionar orbitə çıxararaq ölkənin Hind okeanındakı imkanlarını gücləndirib.

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) ölkənin Hərbi Dəniz Qüvvələri üçün ən ağır rabitə peykini uğurla kosmosa buraxıb. Peyk LVM3 raket daşıyıcısı vasitəsi ilə geostasionar orbitə çıxarılıb.

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, peykin rabitə sistemi gəmilər, təyyarələr, sualtı qayıqlar və Hərbi Dəniz Qüvvələrinin dəniz əməliyyat mərkəzləri arasında etibarlı əlaqəni təmin edəcək.

Link kopyalandı!
Son xəbərlər