İraq və Türkiyə arasında tarixi saziş imzalandı
Dünya
622
02 Nov 2025 | 21:07

İraq və Türkiyə arasında tarixi saziş imzalandı

İraq və Türkiyə arasında Su Əməkdaşlığı Sazişi imzalanıb.

Moderator.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Saziş İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynin Ankaraya səfəri çərçivəsində baş tutub.

O, bu sənədin iki ölkə arasında münasibətləri gücləndirən birgə layihələr vasitəsilə su böhranına davamlı həll yolu təklif etdiyini bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib ki, saziş İraqın su sistemlərinin bərpasına yol açacaq və bu, İraq tarixində ən böyük infrastruktur investisiyası olacaq.

Link kopyalandı!
Son xəbərlər