Güclü zəlzələ Ermənistanı SİLKƏLƏDİ
Dünya
1765
02 Nov 2025 | 20:49

Güclü zəlzələ Ermənistanı SİLKƏLƏDİ

Ermənistanda 4,1 bal gücündə zəlzələ qeydə alıb.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin Seysmik Müdafiə Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 19:49-da qeydə alınan zəlzələnin ocağı Ermənistan-Gürcüstan sərhədində, Bavra kəndindən 8 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşib.

Zəlzələnin koordinatları 41.08° şimal enliyi və 43.89° şərq uzunluğudur.

Episentrdə yeraltı təkanların gücü 5–6 bal, Şirak və Lori bölgələrində isə 4–5 bal gücündə hiss olunub.

Dağıntı və tələfatla bağlı məlumat verilməyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər