Almaniya nüvə tullantıları anbarları üzərində uçuşa qadağa zonası yaradacaq
Dünya
654
02 Nov 2025 | 19:24

Almaniya nüvə tullantıları anbarları üzərində uçuşa qadağa zonası yaradacaq

Almaniya hökuməti hava məkanında aşkarlanan naməlum dronların sayının artması səbəbindən ölkədəki müvəqqəti radioaktiv tullantıların saxlama məntəqələri üzərindən uçuşlara qadağa qoymaq niyyətindədir.

Bu barədə NDR teleradioşirkəti nüvə təhlükəsizliyinə məsul olan Federal Ətraf Mühit Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

"Dron sahəsindəki mövcud texnoloji inkişaflar və bununla əlaqəli potensial olaraq dəyişən təhlükə mənzərəsi hakimiyyət orqanları üçün yeni çətinliklər yaradır", - nazirliyin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, federal hakimiyyət orqanları uçuş qadağası ilə bağlı yerli hakimiyyəti orqanları ilə razılığa gəlib və yekdil fikir bundan ibarət olub ki, müvəqqəti saxlama obyektlərinin hava hücumlarından adekvat qorunmasını təmin etmək lazımdır.

NDR-in məlumatına görə, Almaniyadakı mərkəzi müvəqqəti radioaktiv tullantı saxlama müəssisələri, xüsusən Almaniyanın şimal-şərqindəki Lubmin, eləcə də ölkənin qərbindəki Qorleben və Ahaus üzərində uçuş qadağası tətbiq olunacaq.

Qadağanın 2026-cı il martın 19-da qüvvəyə minməsi gözlənilir. Nəşr yazır ki, uçuşa qadağan olunmuş zonanın diametri 1,5 kilometr, hündürlüyü isə 600 metr olacaq.

 

(Report)

Link kopyalandı!
Son xəbərlər