Çin və Hindistanın neft emalı zavodlarından sonra Türkiyənin neft emalı zavodları da Rusiya neftinin alışını azaltmağa başlayıb.
Bu barədə "Reuters" vəziyyətlə birbaşa tanış olan iki mənbəyə və bir neçə sənaye mənbəyinə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, bu, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsi üçün istifadə edilən Rusiya neftinin satışını məhdudlaşdırmaq səylərinin nəticələrinin sübutudur.
Mənbələrin məlumatına görə, iri müəssisələr bu yaxınlarda İraq, Qazaxıstan və Rusiyanın digər rəqiblərindən neft tədarük ediblər.
"Türkiyədə iki böyük neft emalı zavoduna sahib olan "Turkiye Petrol Rafinerileri AS" (TUPRAS), Aİ-nin qarşıdan gələn sanksiyalarına məruz qalmadan Avropaya yanacaq ixracını davam etdirmək üçün tezliklə Rusiya zavodlardan birindən neftin idxalını tamamilə dayandıracaq", - mənbə "Reuters"ə bildirib.
Həmçinin qeyd olunur ki, TUPRAS artıq Braziliyadan ilk neft partiyasını almaqla xam neft tədarükünü şaxələndirib və noyabrın əvvəlində Anqolanın çatdırılması planlaşdırılan ikinci neft partiyasının da gələcəyi gözlənilir.