Yəmən Ordusu ilə husilər arasında toqquşma olub
Dünya
634
02 Nov 2025 | 18:25

Yəmən Ordusu ilə husilər arasında toqquşma olub

Yəmənin cənub-qərbindəki sahilyanı Taiz əyalətində husilərin "Ənsar Allah" hərəkatının qüvvələri ilə ölkə ordusu arasında toqquşmalar baş verib.

Bu barədə "RİA Novosti" Yəməndəki hərbi mənbəyə istinadən xəbər yayıb.

"Toqquşmalar Yəmən Ordusunun bölməsi ilə "Əns Allah" döyüşçüləri arasında Taiz şəhərinin qərb ətrafında baş verib. Döyüşlər zamanı bir əsgər həlak olub, daha biri yaralanıb, husilərin səhra komandiri öldürülüb, bir döyüşçü Taizin qərbində Şarab kəsişməsi və Sittin küçəsində yaralanıb", - məlumatda deyilir.

Mənbənin sözlərinə görə, toqquşmalar oktyabrın 19-da Taizin qərbindəki əl-Barh istiqamətində əl-Qəddah sektorunda təmas xəttinin yaxınlığında oxşar döyüşlərdən bir neçə gün sonra baş verib ki, nəticədə hər iki tərəfdən 11 nəfər öldürülüb və yaralanıb.

Link kopyalandı!
Son xəbərlər