01:23
12°C
Bakı
Böyük Britaniyanın dövlət borcu səviyyəsi 2005-2025-ci illər arasında üç dəfə artıb.
Bu göstərici bütün inkişaf etmiş ölkələrin iqtisadiyyatları arasında üzrə ən yüksək artım tempidir.
Qeyd olunub ki, Birləşmiş Krallığın dövlət borcu 2,9 trilyon funt sterlinq (3,8 trilyon dollar) və ya ÜDM-in təxminən 100%-ni təşkil edir. Bildirilib ki, Böyük Britaniya ildə 100 milyard funt sterlinqdən (130 milyard dollar) çox vəsaiti borc üzrə faizlərin ödənilməsinə xərcləyir. Nəşr vurğulayıb ki, son 20 ildə yalnız İspaniya və ABŞ oxşar borc artım templərini qeydə alıb.