01:35
12°C
Bakı
Belçika polisi ölkənin şimal-şərqində yerləşən Kleine Brogel hərbi hava bazasının üzərində dron müşahidə edilməsi ilə bağlı istintaqa başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə müdafiə naziri Teo Franken məlumat yayıb.
“Bu, son həftələrdə Belçika hərbi obyektləri üzərində qeydə alınan bir neçə oxşar hadisədən biridir. Bu, sadəcə təsadüfi uçuş deyildi, Kleine Brogel bazasına yönəlmiş məqsədli əməliyyat idi”, - nazir bildirib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, Belçikada hərbi obyektlər üzərində dron uçurmaq qadağandır.