Balıkesir vilayətində yenidən zəlzələ baş verib
Dünya
633
02 Nov 2025 | 16:57

Balıkesir vilayətində yenidən zəlzələ baş verib

Türkiyədə 4,3 maqnitudada zəlzələ baş verib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 15:41-də Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınıb.

Zəlzələnin ocağı 14,13 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 maqnitudalı zəlzələ qeydə alınmışdı.

Link kopyalandı!
Son xəbərlər