23:24
13°C
Bakı
2026-cı il parlament seçkilərindən əvvəl Erməni Apostol Kilsəsinin rəhbərliyində dəyişiklik baş verməlidir.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.
"Xeyr, bunu (seçkilərdən-red.) əvvəl siyasiləşdirmək olmaz", - deyə o, kilsə rəhbərinin dəyişdirilməsinin təxirə salınma ehtimalı ilə bağlı suala cavab olaraq vurğulayıb.
Simonyan bütün ermənilərin katolikosu II Qaregini "vaxtında" istefa verməyə çağırıb.
"O, başa düşməlidir ki, işlərin alternativi olmayan bir nöqtəyə çatmasına imkan verməməlidir. Alternativi olduğu müddətcə bu qərarı özü verə bilər", - spiker deyib.