23:24
13°C
Bakı
"İzvestiya"nın keçmiş baş redaktoru, tanınmış media nümayəndəsi olan İvan Laptev 91 yaşında vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Tatyana Lapteva "İzvestiya"ya məlumat verib.
Baş redaktorun həyat yoldaşı Laptevin noyabrın 2-də səhər saatlarında xəstəxanada öldüyünü deyib. Tatyana ölüm səbəbini açıqlamayıb. Dəfn mərasiminin yeri və vaxtı daha sonra açıqlanacaq. Qeyd edək ki, yerli media Laptevin bir sıra tanınmış jurnalistləri yetişdirdiyini yazır.