Meksikada şəhər meri qətlə yetirildi
Dünya
469
15:30, Bu gün

Meksikada şəhər meri qətlə yetirildi

Meksikanın Uruapan şəhərinin meri Karlos Manso silahlı hücum nəticəsində öldürülüb.

Moderator.az bu barədə "El Pais" nəşrinə istinadən xəbər verir.

Silahlı hücum ittihamı ilə iki nəfər saxlanılıb, daha bir hücum edən şəxs isə öldürülüb.

Bildirilir ki, hücum şəhər meydanında baş verib. Qətl günü 40 yaşlı Manso Uruapanın ən vacib bayramlarından biri hesab edilən Şam festivalında çıxış edib.

Qısa müddət sonra azı beş dəfə atəş açılıb. O, aldığı yaralardan xəstəxanada ölüb.

Şəhər merinin Meksikanın ən yeni və ən sürətlə böyüyən cinayətkar qruplarından biri olan "Xalisko yeni nəsil" karteli (CJNG) ilə mübarizəyə xüsusi diqqət yetirdiyi vurğulanır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər