Qar uçqunu baş verdi - Həlak olan alpinistlər var
Dünya
469
15:20, Bu gün

Qar uçqunu baş verdi - Həlak olan alpinistlər var

İtaliyanın şimalında yerləşən Cənubi Tiroldakı Ortles dağ silsiləsində baş verən qar uçqunu nəticəsində beş almaniyalı alpinist həlak olub.

Moderator.az xəbər verir ki, bu barədə DW İtaliya dağ xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Əvvəlcə üç nəfərin öldüyü, iki Almaniya vətəndaşının isə itkin düşdüyü bildirilirdi. Lakin xilasedicilər noyabrın 2-də səhər saatlarında onların meyitlərini tapıblar.

Uçqun 3 345 metrlik Fertaynşpitse zirvəsinin yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, uçqun biri üç, digəri dörd nəfərdən ibarət iki qrupu əhatə edib.

"Birinci qrupun üzvləri tamamilə uçqun altında qalıblar. Hər üçü ölüb", - xilasedicilər bildiriblər. Digər qrupdan iki alpinist sağ qalıb, digər ikisinin taleyi barədə bir müddət məlumat olmayıb.

Cənubi Tirol almaniyalı turistlər arasında məşhur alpinizm bölgəsidir. Bölgənin ən yüksək zirvəsi Ortles dağıdır (3 905 metr).

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər