İsrail ordusu Livana hava hücumu həyata keçirib, 4
Dünya
1269
02 Nov 2025 | 14:59

İsrail ordusu Livana hava hücumu həyata keçirib, 4 "Hizbullah" üzvü öldürülüb

İsrail Müdafiə Qüvvələri ötən gecə Livanın cənubuna hava hücumu həyata keçirib.

Moderator.az-ın "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü məlumat yayıb.

Hücum nəticəsində "Hizbullah"ın elit Radvan bölməsinin dörd üzvü öldürülüb.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, zərbənin əsas hədəfi bölmənin maddi-texniki təchizat rəisi olub. Qeyd olunur ki, o, Livanın cənubunda "silahların ötürülməsində və terror infrastrukturunun yenidən qurulması cəhdlərində iştirak edib". Onun adı açıqlanmayıb.

Link kopyalandı!
Son xəbərlər