Yamaykada
Dünya
1266
02 Nov 2025 | 14:58

Yamaykada "Melissa" qasırğası nəticəsində ölənlərin sayı 28-ə yüksəlib

"Melissa" qasırğası nəticəsində Yamaykada həlak olanların sayı 28 nəfərə çatıb.

Moderator.az-ın "ABC News"a istinadən məlumatına görə, bu barədə baş nazir Endryu Holness bildirib.

O, axtarış-xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının arta biləcəyini qeyd edib.

Əvvəllər 19 nəfərin həlak olduğu barədə məlumat verilmişdi.

Xatırladaq ki, güclü qasırğa 5-ci kateqoriyaya çatıb və oktyabrın 28-də adaya zərbə endirib.

Link kopyalandı!
Son xəbərlər