Hakan Fidan:
Dünya
482
14:48, Bu gün

Hakan Fidan: "PKK terror təşkilatı İraq və Suriyada da fəaliyyətini sonlandırmalıdır"

PKK terror təşkilatı İraq və Suriyada da fəaliyyətini sonlandırmalı, işğal etdiyi ərazilərdən çəkilməlidir.

Moderator.az xəbər verir ki, bunu İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə Bağdadda keçirdiyi ortaq mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Bu, bölgənin sabitliyi və təhlükəsizliyi üçün, xarici müdaxilələrin qarşısının alınması üçün son dərəcə əhəmiyyətlidir", - Fidan vurğulayıb.

Qeyd edək ki, oktyabrın 26-da PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb. Təşkilatın Suriyada YPG/PYD qolları fəaliyyət göstərir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər